TQDK monitorinq imtahanı keçirib
İmtahan həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili fənnindən həyata keçirilib. 6-cı siniflər üçün imtahan saat 10:00-da, 7-ci siniflər üçün isə saat 13:00-da başlanıb və hər bir imtahan 1 saat 30 dəqiqə ərzində aparılıb.
İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, mütamadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.







Vaxtında, Aydın, Lazımlı!


