Mikayıl Cabbarov Sekuta ilə görüşdü

Mikayıl Cabbarov Sekuta ilə görüşdü
  09 Aprel 2015    Oxunub:1398
Aprelin 9-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı və Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib.
Təhsil naziri Amerikalı diplomatı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüş zamanı təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkələrimiz arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

* * *

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov bu gün həmçinin, Polşa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib.

Təhsil naziri Polşalı diplomatı yeni vəzifə təyinatı münasibətilə təbrik edib və bu vəzifədə uğurlar arzulayıb. Görüş zamanı Azərbaycanla Polşa arasında təhsil sahəsində mövcud əməkdaşlıq məsələləri, hər iki ölkədə həyata keçirilən təhsil islahatları və faydalı təcrübə mübadiləsinin perspektivləri müzakirə edilib.


Teqlər:



Xəbər lenti