"Mənə heç kim təsir edə bilməz" – Çingiz Abdullayev

"Mənə heç kim təsir edə bilməz" – Çingiz Abdullayev
  10 Aprel 2015    Oxunub:2881
"Çox gözəl oyun oldu. Təəssüf ki, bu gün qalib gəlmədik, ancaq hər iki komanda çox yaxşı təsir bağışladı".
Bu sözləri Qol.Az-a "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının 29-cu turunda "Xəzər Lənkəran"la bərabərə qaldıqları matçdan (2:2) sonra deyib.

O, “Neftçi”nin son dəqiqəyə kimi hücum etdiyini söyləyib:" Rəqib komanda yorulmuşdu. Oyun 5-6 dəqiqə də davam etsəydi, "Nefçti" üçüncü qolu vuracaqdı. "Xəzər Lənkəran" çox hücum edə bilmədi. Onlar hər iki qolu standart vəziyyətdən vurdular.Fasilədə futbolçuların bir qədər sakit oynamasını istədik. İnanıram ki, növbəti oyunlarımızı daha yaxşı olacaq və qələbə qazanacağıq".

Ç.Abdullayev komandanın baş məşqçisi Arif Əsədovun istefaya göndəriləcəyi və onu alman mütəxəssisin əvəzləyəcəyəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib:

"Mən bu barədə eşitməmişəm. Bu, düzgün xəbər deyil. Futbolçularımızın oyununda razıyıq. Arif Əsədov yaxşı məşqçidir".

Ç.Abdullayev bu oyunla "Neftçi"nin Azərbaycan kubokunun qalibi ola biləcəyini vurğulayıb: "Xəzər Lənkəran"la səfər oyununda iki qol vurmaq çətin idi. "Neftçi" hesab bərabərləşdikdən sonra daha çox hücum edirdi. İnanıram ki, bu cür oyunla nəticə də olacaq".

Ç.Abdullayev komandanın baş məşqçi seçimində ona heç kimin təsir edə bilməcəyini söyləyib: "Mənə təsir edə bilən yeganə insan atam idi. Heç kəs mənə təsir edə bilməz".


Teqlər:





Xəbər lenti