Avropa Oyunlarına görə metroda yenilik

Avropa Oyunlarına görə metroda yenilik
  10 Aprel 2015    Oxunub:2604
Bakıda keçiriləcək I Avropa Oyunları zamanı Bakı Metropolitenində xeyli sayda yeniliklərin olacağı gözlənilir.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin AzVision.az-a verdiyi məlumata görə, bu məqsədlə metro stansiyalarda xüsusi monitorlar quraşdırılacaq:

“Xarici qonaqlar üçün stansiyalarımızda iki dildə - Azərbaycan və ingilis dilllərində istiqamətverici monitorlar olacaq. Eyni zamanda xarici qonaqları məlumatlandırmaq üçün Metropolitenə könüllülər cəlb olunacaq. Bundan əlavə stansiya çıxışlarında idman arenalarına gedəcək ekspress avtobuslar haqqında məlumatı əks etdirən lövhələr quraşdırılacaq”,-deyə N.Paşayev qeyd edib.

Bakı metrosunda stansiya adlarının iki dildə səsləndirilməsi məsələsinə gəldikdə isə Metropoliten rəsmisi bu barədə qərarın olmadığını deyib.

Sevinc İltifatqızı


Teqlər:



Xəbər lenti