Diaspor rəhbərinin nəşi Bakıya gətiriləcək

Diaspor rəhbərinin nəşi Bakıya gətiriləcək
  10 Aprel 2015    Oxunub:1303
Ümumrusiya Azərbaycan Konqresinin Yaroslavl vilayəti üzrə regional bölməsinin rəhbəri Söhrab İbrahimov Rusiyada uzun sürən xəstəlikdən sonra aprelin 9-da 41 yaşında vəfat edib.
Diasporla İş üzrə Dövlət Komitəsinindən AzVision.az-a verilən məlumata görə, üç uşaq atası olan S. İbrahimov Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Söhrab İbrahimov 1974-cü ilin iyulun 10-da Laçın rayonunun Alqulu kəndində doğulub. Rusiya Beynəlxalq Biznes və Yeni Texnologiyalar Akademiyasının hüquq fakültəsini bitirib. Yaroslavlda bir sıra vəzifələrdə çalışan Söhrab İbrahimov uzun illərdi sahibkarlıq fəaliyyəti ilə məşğul idi.

Söhrab İbrahimov 2009-cu ilin yanvarından Ümumrusiya Azərbaycan Konqresinin Yaroslavl Vilayəti üzrə regional bölməsinə sədrlik edir. Yaroslavlda Azərbaycanla bağlı bir çox tədbirlərin keçirilməsində böyük rolu olan Söhrab İsmayılov vilayətdə Azərbaycan diasporunun təşkilatlanması prosesində də yaxından iştirak edib.

Diaspor rəhbəri eyni zamanda "Vahid Rusiya" ("Yedinnaya Rossiya") Partiyasının Yaroslavl şəhəri üzrə və Rusiya Xalqlar Assambleyasının Yaroslavl vilayəti üzrə Şuralarının üzvü idi.

Allah rəhmət eləsin!

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  



Xəbər lenti