AMEA magistraturaya ixtisaslaşma seçimi cədvəlini açıqladı

AMEA magistraturaya ixtisaslaşma seçimi cədvəlini açıqladı
  10 Aprel 2015    Oxunub:1805
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi üzrə Akademiyanın müvafiq ixtisasları üçün ixtisaslaşma seçimi cədvəlini acıqlayıb.
Akademiyadan AzVision.az-a verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi magistratura səviyyəsinin ikinci mərhələsinə qəbul olunmaq üçün AMEA üzrə ixtisaslaşma seçimi və ixtisaslaşmalar üzrə qəbul proqramları müəyyən edilib. Bakalavrlar AMEA-da magistratura səviyyəsi üzrə ilk dəfə tədris olunacaq müvafiq ixtisaslar üzrə seçim edə bilərlər.

AMEA-da magistraturara qəbul üçün 7 ixtisas - dilşünaslıq, antropologiya, fizika, kimya, biologiya, geologiya, aqronomluq üzrə ümumilikdə 20 plan yeri ayrılıb. Magistraturaya tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır.

Proqram seçiminə buraxılmaq üçün minimal 30-50 bal tələb olunur.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:



Xəbər lenti