Coli və Pitt Suriyadan uşaq övladlığa götürəcək

Coli və Pitt Suriyadan uşaq övladlığa götürəcək
  10 Aprel 2015    Oxunub:1743
Ancelina Coli və Bred Pitt 6 uşaq böyütsə də, övladlarının sayını artırmaq niyyətindədilər.
AzVision.az-ın Xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı aktrisa və onun 51 yaşlı həyat yoldaşı Suriyadan balaca qız uşağı övladlığa götürməyi düşünür.

Məlumatda ovladığı götürməklə bağlı sənədlərin hazırlanması prosesinə başlanıldığı vurğulanır.

Qeyd edək ki, Coli Suriyada münaqişə başlayanda bəri 6 dəfə olub.

Coli və Pitt 6 uşaq böyüdürlər: 13 yaşlı Meddoks, 11 yaşlı Paks, 10 yaşlı Zəhra, 8 yaşlı Şilo və 6 yaşlı əkizlər Viven və Noks.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti