Elnur Hüseynov Avropa turnesinə çıxdı - VİDEO

Elnur Hüseynov Avropa turnesinə çıxdı - VİDEO
  10 Aprel 2015    Oxunub:2472
`Eurovision` Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən tanınmış müğənni Elnur Hüseynov Avropa turnesinə çıxıb.
AzVision.az xəbər verir ki, müğənni may ayının 21-nə, Vyanadakı yarımfinala qədər təmsilçimiz bir neçə Avropa ölkəsini ziyarət edəcək.

Tur bu gün Latviyanın paytaxtı Riqadan başlayacaq. Sonradan Elnur Macarıstanın paytaxtı Budapeştə yola düşəcək. Elnuru Amsterdamda "Eurovision in Concert" şousunda iştirak da gözləyir. Növbəti bir neçə ölkənin adı sonradan açıqlanacaq.

Elnur Riqada mətbuat konfransı keçirəcək və "Eurovision pre-party Riga 2015" konsertində çıxış edəcək. Həmin səhnəyə "Eurovision" yarışmasının əvvəlki illərdəki qalibləri Aleksandr Rıbak, Eldar Qasımov və Mariya Naumova da çıxacaqlar.




Teqlər:





Xəbər lenti