Evləri yanan sakinlərə pul veriləcək - FOTOLAR, VİDEO (Yenilənib)
R. Xudiyevin sözlərinə görə, yanğınsöndürənlər 3 nəfər xilas ediblər: "Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır".
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq".
***
Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanındakı doqquzmərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Sakinlərin hamısı təxliyyə olunub.
***
Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, Zığ şosesi, 20 ünvanı, "Nargilə" kafesinin yaxınlığında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binalarından birində taxta konstruksiyalar yanır.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Havanın küləkli olması yanğınsöndürənlərin işinə çətinlik törədir.
Artıq yanğın mənzillərə keçib. Sakinlər binadan təxliyə olunur.
***
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
AzVision.az