Bu il 3 “ASAN xidmət” mərkəzi açılacaq

Bu il 3 “ASAN xidmət” mərkəzi açılacaq
  11 Aprel 2015    Oxunub:2370
“Biz inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik, əlavə tədbirlər görülməlidir. Yerli istehsalın stimullaşdırılması ilə bərabər, bu sahəyə də diqqət yetirilməlidir, əgər ya qanunvericilikdə, ya hansısa tənzimləyici qərarlarda hansı əlavə tədbirlər lazımdırsa, biz bunu edəcəyik. Biz azad, ədalətli rəqabəti təmin etməliyik”.

Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin bu gün keçirilən iclasında deyib.
Ölkə başçısı çıxışında “ASAN Xidmət”dən söz açıb:

“Bu il sosial infrastruktur layihələrinin icrasi - məktəblərin, xəstəxanaların, uşaq bağçalarının, peşə məktəblərinin tikintisi davam etdiriləcəkdir. İndi buna böyük ehtiyac var. Bu il əlavə üç “ASAN xidmət” mərkəzi açılmalıdır. “ASAN xidmət” mərkəzlərinin sayı səkkizə çatıbdır - dördü Bakıda, dördü rayonlarda. Üç mərkəz tikilir. Hazırda Bakıda dörd mərkəz fəaliyyət göstərir. Gəncə, Sumqayıt, Sabirabad, Bərdə şəhərlərində “ASAN xidmət” mərkəzləri artıq açılıbdır. Hazırda Bakıda daha bir mərkəz tikilir. Qəbələdə və Masallıda da “ASAN xidmət” mərkəzləri tikilir”.

AzVision.az


Teqlər:



Xəbər lenti