Rusiyanın məşhur artistləri Bakıya gəlir

Rusiyanın məşhur artistləri Bakıya gəlir
  11 Aprel 2015    Oxunub:2661
Aprelin 21-də Rusiyanın xalq artisti Emmanuil Vitorqan və müğənni Anjelika Aqurbaş Bakıya ilk dəfə qastrol səfərinə gələcəklər. Səfər çərçivəsində Rus Dram Teatrında onların “Kral Tref - sevgi xəritəsi” tamaşası nümayiş olunacaq. Tamaşanın müəllifi və rejissoru Aleksandr Gerasimovdur.
Teatrın mətbuat xidmətindən verilən məlumata əsasən, tamaşa üç qeyri-adi cəhətinə görə diqqəti cəlb edir. Birincisi, o, musiqili kino tamaşası janrındadır. Tamaşa həm teatr, həm də kino üçün orijinaldır. İkincisi, tamaşa, həmçinin üç janrın - kino, teatr və estradanın sintezidir. Üçüncüsü, bu, kino-tamaşada iştirak edən müğənni Anjelika Aqurbaşın teatrda ilk işidir.

Səhnə əsərində Rusiyanın xalq artisti Lyudmila Maksakova iştirak edir. “Mistik Madam” obrazı onun tərəfindən ustalıqla canlandırılıb.

Tamaşa sevgi, sədaqət, səmimilik və açıqürəklilik kimi real dəyərlər üzərində qurulub. Layihənin çəkilişləri İtaliya, Yurmala, Riqa və Moskvada aparılıb. Tamaşaya hazırlıq yeddi ay davam edib. Tamaşa üçün xüsusi olaraq bəstəkar İqor Krutoy və şairlər Cahan Pollıyeva, İlya Reznik mahnı yazıblar.

https://azvision.az/redirect.php?url=http://azertag.az/xeber/845527


Teqlər:





Xəbər lenti