MTRŞ hansı verilişlərdən razıdır? - ADLAR

MTRŞ hansı verilişlərdən razıdır? - ADLAR
  11 Aprel 2015    Oxunub:15707
2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası Azərbaycanda yayımlanan televiziya kanalları ilə bağlı monitorinqlər aparıb.
Şura Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsindən AzVision.az-a verilən məlumata görə, MTRŞ-ın hesabatında gildirilir ki, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa görə, proqramlar yayım üçün hazırlanarkən maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır. Bu tələb mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün yayımçılara aiddir. Əlbəttə, dövlət büdcəsindən maliyyələşən televiziyaların üzərinə, bu sahədə, xüsusilə böyük yük düşür.

Sözsüz ki, “Azərbaycan Dövlət Televiziyası”nın bu sahədəki işi digər televiziyalar üçün bir növ örnəkdir. Bu gün “Azərbaycan televiziyası”nın efirində yer alan maarifləndirici xarakterli xeyli sayda layihənin adını çəkmək olar: "Təhsil və tərəqqi", "Ailə həkimi", "Müasir Azərbaycan gənci", "Ana dili", “Muğam televiziya müsabiqəsi – 2015”, "Ədəbi abidələr", "Musiqi xəzinəsi", "Dərsdən sonra", "Təmas nöqtəsi", "Mən azərbaycanlıyam", "Parlaq zəka" və bu kimi bir çox veriliş və layihələri buna misal göstərmək olar.

MTRŞ eyni zamanda “Mədəniyyət” kanalı və İctimai TV-nin də adını çəkərək, bildirib ki, bu kanallarda kifayət qədər maarifləndirici verilişlər var.

Bundan əlavə özəl kanallarda yayımlanan bəzi verilişlərdən MTRŞ öz razılığını bildirib. “Özəl yayımçıların da yayım proqramında maarifləndirici verilişlər, layihələr az deyildir:

“Məsələn, “Lider” TV-də “Sağlam nəsil”, “Bizim səda”, “Tet-A-Tet”, “Söz keçəri”, ATV-də ”Zərif qəhrəman”, “Turne”, “İş həmişə var”, "Yenə o bağ olaydı”, ANS-də “Keçmişə salam”, “Marş", “İstiqlal Şirməmməd Hüseynovla”, “Universual”, “Alın yazısı”, “Əslində mən”, “Space”-də “Çarə”, “Siqnal”, “Banu”, “Xəzər” TV-də “Sağlıqla”, “Nuş olsun”, “Ləziz dad”, “Yolçu”, “Səyyah”, “Ənənə boxçası”, “Addım-addım”, “Sirdaş”, “Könül dünyamız”, “Ex-professio”, “Region” kanalında “Yaşamaq gözəldir”, “Ürək sözü”, “Elin adamı”, “Regionun fəxri”, “Regionun sualı”, “100 yaşa” və s. kimi verilişlər maarifçilik xarakteri daşımaqla geniş tamaşaçı auditoriyası tərəfindən rəğbətlə qarşılanır”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti