`Gəlini hara aparacağıq...` - Evi yanan bəy atası
Qız evi 8-ci, oğlan evi isə 2-ci mərtəbədə yaşayır və dünən axşam onların ikisinin də evi yanıb. Amma bu gün toy eləməyə məcburdurlar. Ali Hərbi məktəbi bu il bitirəcək oğlanın atası Əli Məmmədov bildirir ki, dəvətnamələr paylandığından toyu təxirə sala bilməzlər:
“Heç bilmirəm nə olacaq, necə olacaq. Onların da, mənim də evim yanıb. Gəlini hara aparacağıq, elə onu düşünürəm”.
Qeyd edək ki, binanın yanğından mühafizə olunmuş hissəsinin sakinləri artıq evlərinə dönüblər.
AzVision.az