Həbs edilən general oğlunun FOTOLARI

Həbs edilən general oğlunun FOTOLARI
  12 Aprel 2015    Oxunub:31835
Xəbər verdiyimiz kimi ötən gün Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb.
Hadisədə təqsirli bilinən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev həbs edilib.

Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Yayılan məlumatlara görə, oğlunu tutduğu əmələ görə atası Şərif Əsədullayev özü həbs etdirib.

AzVision.az həbs edilən general oğlunun fotolarını təqdim edir:











Anar


Teqlər:  





Xəbər lenti