Mobil telefon idxalı azalıb

Mobil telefon idxalı azalıb
  12 Aprel 2015    Oxunub:1428
Dövlət Statistika Komitəsi rəsmi məlumat yayıb.
2015-ci ilin yanvar-fevral aylarında Azərbaycana ümumi həcmi 306,1 min ABŞ dolları olan 8463 mobil telefon və simsiz rabitə aparatları idxal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk 2 ayında idxal olunan mobil telefonların idxalı ötən illə müqayisədə 2,5 faiz azalıb. Ötən ilin yanvar-fevral aylarında Azərbaycana 8680 mobil telefon idxal olunub. Dəyər baxımından isə, idxalda 57,7 faiz azalma müşahidə olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti