`Yəhudilər Azərbaycanın yaxşılığını unutmurlar`
Bunu AzVision.az-a açıqlamasında Vaad L Hatzolas – Amerika Yəhudiləri Yardım Təşkilatının Mətbuat katibi Murad Salmanov deyib. O, bildirib ki, bu gün Bakıda bir, Qubada üç və Oğuzda iki sinaqoq fəaliyyət göstərir:
- Dağ yəhudiləri Azərbaycanın ictmai-siyası həyatında hər zaman aktiv rol oynayıblar. Bu gün Azərbaycanın Milli Məclisinin deputatı olan Yevda Abramov dağ yəhudisidir. Azərbaycanın ilk milli qəhrəmanlarından olan Albert Aqarunov da dağ yəhudisi idi.
Hazırda mövcud olmasa da, bir zamanlar Azərbaycanda kürd yəhudiləri, qaraimlər, gerlər də yaşayıblar. Hətta Bakıda kürd yəhudilərinə aid sinaqoq da fəaliyyət göstərib. Min illərdir bu torpaqlarda Azərbaycan və Yəhudi xalqı sülh içərisində yaşayırlar. Bu da iki xalqın qardaşlığının və dostluğunu göstəricisidir.
`Pesah` bayramı haqda məlumat verən Murad Salmanov bildirib ki, buna `azadlıq bayramı` da deyilir. Pesah - yəhudi xalqının Tanrının əmriylə Moşenin, yəni Musanın öndərliyilə Misir əsarətindən çıxıb, öz ana yurdları olan İsrail torpaqlarına gedişi hekayəsidir. Onun üçün, Pesah bayramı yəhudi dinində ən böyük bayramlardan biridir. Bu bayramda İsraildə 7, İsraildən kənarda yaşayan yəhudilər isə 8 gün Matsa - yəni mayalanmamış çörək yeyirlər. Bu, yəhudilər Misirdən çıxıdıqları zaman mayalanmamış çörək yemələrindən irəli gəlir.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yəhudi lobbisinin rolundan danışan Murad Salmanov qeyd edib ki, yəhudi xalqı heç bir zaman Azərbaycanın ona qucaq açmasını, göstərdiyi xoş münasibəti unutmur. Azərbaycandan kənara gedən hər bir yəhudi ölkəni təbliğ edir, həqiqətlərinin dünyaya çatdırır: `Azərbaycan xalqı kimi tarix boyu zülümlərə və terrora məruz qalan yəhudilər hər zaman Azərbaycana dəstək olurlar. Məhz bunun təzahürüdür ki, İsrail prezidenti Reuven Rivlin BMT kürsüsündə Xocalı faciəsini bütün dünyaya çatdırdı. Amerika konqresinin qəbul etdiyi 906–cı maddənin dondurulmasında mənim çalışdığım “Vaad L Hatzola” - Amerika Yəhudiləri Yardım Təşkilatının böyük rolu olub.
Samir Aslan
Teqlər: