`Metropark`dakı zəhərlənməyə görə cinayət işi açıldı
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən gün Nərimanov rayonu ərazisindəki “Metropark” ticarət mərkəzində kütləvi zəhərlənmə baş verib. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerində 30-a yaxın şəxsə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə hospitallaşdırılıb.
İlkin ehtimala görə, zəhərlənmə qaz sızmasından baş verib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


