Xəstə daşıyan ambulans adam öldürdü - 5 yaralı

Xəstə daşıyan ambulans adam öldürdü - 5 yaralı
  13 Aprel 2015    Oxunub:3040
Daxili İşlər Nazirliyi Təcili Tibbi Yardım Stansiyasına məxsus maşının törətdiyi qəza ilə bağlı açıqlama yayıb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 12-də saat 21 radələrində Lənkəran rayonunda rayon sakinləri Rəhman Sadıqovun idarə etdiyi “VAZ-21074” və Şamil Qasımovun idarə etdiyi Lənkəran rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə R.Sadıqovun sərnişinlərindən qızı Zəhra hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti