Atdan yıxıldı - öldü

Atdan yıxıldı - öldü
  13 Aprel 2015    Oxunub:1682
Beyləqan rayonunda bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

Hadisə dünən Beyləqan rayonunun Talalar kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı İbrahim Həsənov atdan yıxılıb.

Nəticədə at onun başına ağır zərbələr endirib. Ağır yaralanan İbrahim Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti