Azərbaycanlı deputatdan Papaya etiraz

Azərbaycanlı deputatdan Papaya etiraz
  13 Aprel 2015    Oxunub:2532
“Papa Fransisk nə etməli idi, vəhşi vəhşini dəstəkləməlidir, başqa necə ola bilər?”
Bu fikirləri AzVision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Roma Papası Fransiskin aprelin 12-də keçirilən dini ayində 1915-ci il hadisələrini “soyqırım” kimi təqdim etməsinə münasibət bildirən deputat din xadiminin vəhşiliyi dəstəklədiyini bildirib.

Millət vəkili vurğulayıb ki, Papalığın özünün tarixi vəhşilik, inkvizisiya, insanların məhvi, xaç yürüşlərinə dayanır.

Papa baxıb ki, 20-ci əsrdə onların etdiyi eyni vəhşiliyi ermənilər də türklərə qarşı edib. Ona görə də vəhşi vəhşini dəstəkləyib”.

F.Mustafa hesab edir ki, Çanaqqala zəfərinin 100 illiyi Azərbaycanda da qeyd olunmalıdır: “Dünyaya göstərək ki, biz bu günü zəfər bayramı kimi qeyd edirik. Göstərək ki, Türkiyə ilə necə həmrəyik. Əgər bunu eləmiriksə, başqası niyə fəaliyyətsizlik göstərməlidir? Papa niyə addım atmamalıdır? Yetkililər təşəbbüskarlıq göstərmir, problem yaradıb, daha sonra bizi bu problemin arxası ilə sürüyürlər. Biz də bu prosesi izləməli oluruq. Ona görə də Roma papasını qınamaq olmaz. Qarşı tərəf daha çevikdir. Biz isə qərarları zamanında və doğru verə bilməməyin əziyyətini çəkirik. Heç olmasa biz bir addım atmalıyıq.

Çox təəssüf ki, deyəcəyimiz yoxdur. Buna görə də Papanın siyasətinin dalınca deyinmək kursunu izləməliyik. Çünki özümüz yaradıcı olmayanda başqalarının yaratdığı, başqalarının qurduğu kompozisiyalara züy tutmaq məcburiyyətində qalırıq. Başqa yolumuz qalmır”.

Qeyd edək ki, ötən gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Papa çıxış edərək bildirib ki, “erməni soyqırımı” XX əsrin ilk soyqırımıdır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti