XİN yazıçını `qara siyahı`dan çıxardı

XİN yazıçını `qara siyahı`dan çıxardı
  13 Aprel 2015    Oxunub:1617
Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Gürcüstan vətəndaşı D.Turaşvilinin adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsinə müraciətinə dair açıqlama yayıb.
XİN mətbuat xidmətindən AzVision.az-a daxil olan xəbərə görə, müraciətdə bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək “Dövlət Sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Gürcüstan vətəndaşı, yazıçı David Turaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Xarici İşlər Nazirliyinə məktubla müraciət edib.

Məktubda David Turaşvili bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib. O, müstəsna hal kimi arzuolunmaz şəxslər siyahısına salınması barəsində qərarın ləğv edilməsini xahiş edib.

David Turaşvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti