Yaqub Mahmudov: “Papa özünü hörmətdən saldı”
Tarixçi alimin sözlərinə görə, təəssüf doğuran hal ondan ibarətdir ki, Roma Papaları indiyinə qədər erməni uydurmalarının arxasınca gedir: `Roma papasının mövqeyi tarixi həqiqətə əsaslanmır. O, bu mövqeyinə görə, nüfuzunu itirəcək. Çünki o, dinə başçılıq edir. Ona görə Papa elə etməlidir ki, tarixi sənədlər bunu təsdiqləsin. Tarixi sənədlər isə erməni “soyqırımı”nı təsdiqləmir. Halbuki, Quba məzarlığındakı soyqırım tarixi sənədlərdə də öz əksini tapıb. Roma Papası türk-müsəlman xalqlarına qarşı törədilən tarixi cinayətləri qəbul etmədiy üçün dünyada birlik, ədalət ola bilməz`.
Y.Mahmudov hesab edir ki, ermənilərin bu cür cinayətlərinə haqq qazandıranlar ermənilər kimi soyqırım cinayətləri törədənlərdir.
`Onlar öz cinayətlərinin üstü açılmasın deyə erməni cinayətlərini müdafiə edirlər. Bu gün peyğəmbərimi, dinimi, Qurani-Kərimi ələ salırlar. Belə yerdə ədalət ola bilməz. Təəssüf ki, Roma Papaları da bu cür ədalətsiz, yalançı, uydurma soyqırım yalanlarının arxasınca gedirlər, xristian dinini hörmətdən salırlar”`-deyə Yaqub Mahmudov bildirib.
Qeyd edək ki, ötən gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Papa çıxış edərək bildirib ki, “erməni soyqırımı” XX əsrin ilk soyqırımıdır.
Gültəkin Ələsgər
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


