Azərbaycanlıların 54 faizi dinə inanmır – Sorğu
AzVision.az-ın məlumatına görə, bu barədə “The Telegraph” “WIN/Gallup International”-ın hesabatına istinadən xəbər verir.
“Azərbaycanda rəyi soruşulanların 34%-i özünü inanclı, 54% isə inanclı olmadığını düşünür. Respondentlərin 13%-i isə bu sualı cavablandırmağa çətinlik çəkib”, - deyə sorğuda vurğulanır.
Dünyada ən inanclı ölkə isə Tayland olub. Bu ölkə sakinlərinin 94%-i özünü inanclı hesab edir. Siyahıda ikinci pilləni isə Ermənistan, Banqladeş, Gürcüstan və Mərakeş tutur. Bu ölkələrdə yaşayan sakinlərin 93%-i dinə inanır.
Dinə daha az inan ölkələr siyahısının ilk beşliyi isə belədir: Niderland (26%), Çexiya (23%), İsveç (19%), Yaponiya (13%) və Çin (7%).
Eldar Tanrıverdiyev







Vaxtında, Aydın, Lazımlı!


