İran Ümrə ziyarətinə qadağa qoydu

İran Ümrə ziyarətinə qadağa qoydu
  13 Aprel 2015    Oxunub:1866
İran Ümrə ziyarətini və Ciddə şəhərinə uşuşları dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə İran İslami Mədəniyyət və İrşad naziri Əli Cənnəti məlumat yayıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanın Ciddə Havalimanında iki iranlı gənc təcavüzə məruz qalıb. İran hökuməti qeyd edib ki, şübhəlilər cəzalanana qədər Ümrə səfərləri dayandırılacaq.

Nazir qeyd edib ki, bu hadisə İran xalqının qürurunu zədələyib: “Bizə söz verdilər ki, saxlanıaln şəxslər cəzalandılılacaq, hətta edam ediləcək. Lakin, hələ də bir iş görülməyib. Onlar cəzalananan qədər Ümrə səfərlər və uçuşları dayandırılacaq”,-deyə Ə.Cənnəti əlavə edib.

Sevinc


Teqlər:



Xəbər lenti