Məmmədyarov yeni səfirlə görüşdü

Məmmədyarov yeni səfirlə görüşdü
  13 Aprel 2015    Oxunub:1189
Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Beybit İsabayevi qəbul edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə səfir Beybit İsabayev etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Səfir Beybit İsabayev diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Beybit İsabayevə diplomatik fəaliyyətində uğurlar arzu etdi.


Teqlər:



Xəbər lenti