Yol qəzası - ölən var

Yol qəzası - ölən var
  13 Aprel 2015    Oxunub:1294
Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:30-da başa çatıb.


Teqlər:



Xəbər lenti