Mingəçevir teatrı Bakıya gəlir

Mingəçevir teatrı Bakıya gəlir
  13 Aprel 2015    Oxunub:1685
Mingəçevir Dövlət Dram Teatrı 13 illik fasilədən sonra Bakı şəhərinə, Akademik Milli Dövlət Dram Teatrına qastrol səfərinə yola düşəcək.

Xalq artisti Zülfüqar Abbasov S.S.Axundovun "Eşq və İntiqam" əsərinə quruluş verərək, möhtəşəm bir tamaşa ərsəyə gətirmişdir. Mingəçevir Dövlət Dram Teatrı region teatrları ilə yanaşı, paytaxt teatrları ilə də sıx əməkdaşlığa hazırdır.

Beləliklə, aprel ayının 27-də saat 19:00-da Mingəçevir teatrı Bakı sakinlərini Akademik Milli Dövlət Dram Teatrına, "Eşq və İntiqam" tamaşasına baxmağa dəvət edir.


Teqlər:





Xəbər lenti