Diqqət: satışda vaxtı keçmiş məhsullar var
Bakının Sabunçu rayonunda
- Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 22A ünvanında Məhəmməd Tağıyevə məxsus mağazada;
- Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsində Cavid Həsənliyə məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Sabunçu rayonunda
- Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, 12 ünvanında Sabirə Babaşovaya məxsus mağazada;
- Yeni Ramana qəsəbəsində Məmmədhəsən Həsənova məxsus mağazada normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Nərimanov rayonunda
- Təbriz küçəsi, 55 ünvanında Rasim İsgəndərova məxsus mağazada;
Sabunçu rayonunda
- Ramana qəsəbəsində Dürdanə Süleymanovaya məxsus mağazada;
Bərdə rayonunda
- Şahvəlilər kəndində İsmayıl Əsgərova məxsus yeməkxanada;
Şabran şəhərində
- Nizami küçəsində İmran Məmmədova məxsus mağazada;
Şamaxı şəhərində
- N.Nərimanov küçəsində Asim Nərimanova məxsus mağazada;
Astara şəhərində
- N.Nərimanov küçəsində Məhəmməd Mirzəyevə məxsus mağazada;
Şəki şəhərində
- S.Rəhman küçəsində Mustafa Məmmədova məxsus mağazada;
Balakən şəhərində
- R.Səmədov küçəsində Laləzər Səfərovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Ümumilikdə, monitorinqlər zamanı saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Teqlər: