`Ermənilərə necə qalib gələcəyimizi bilirəm" - Çingiz Abdullayev

`Ermənilərə necə qalib gələcəyimizi bilirəm" - Çingiz Abdullayev
  14 Aprel 2015    Oxunub:2949
"Mən ermənilərə necə qalib gələcəyimizi bilirəm. Onlar oturublar bizim torpaqlarda, ancaq həmin torpaqlar gec-tez azad olunacaq".
Bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Televiziyada yayımlanan proqramlardan narazılığını bildirən Ç.Abdullayev şikayətini bu cür ifadə edib: "Bütün günü səhərdən axşamadək efirdə çalırıq, oynayırıq. Orada qadınlar yeyib-içirlər. Hər hansı bir kitabın reklamını görməmişəm. Axşamadək ya şou-biznes, ya da şadlıq evlərinin reklamları gedir".

O, futbol oyunlarının efir vasitəsilə təbliğindən də danışıb: "Təbii, bunlara baxıb ermənilərin ürəyi partlayacaq ki, bu, necə millətdir. Səhərdən axşamadək yeyir, içir, oynayır. Mən bunun qəti əleyhinəyəm. Heç olmasa ağıllı kitabın, futbolun reklamı olsun". (report.az)


Teqlər:  



Xəbər lenti