Bakıya yağış, rayonlara qar yağacaq
Havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 14-də arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, havanın gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


