Bakıda oteldə yanğın - 30 nəfər təxliyə edildi

Bakıda oteldə yanğın - 30 nəfər təxliyə edildi
  14 Aprel 2015    Oxunub:2935
Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 1350 kv.m olan üçmərtəbəli "TİTANİK" otelində yanğın olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, otelin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb.

Yanğın zamanı otelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyyə olunub. Otelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti