Əbülfəs Qarayev sammitdə

Əbülfəs Qarayev sammitdə
  14 Aprel 2015    Oxunub:1105
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti aprelin 14-dən 15-dək İspaniya Krallığının Madrid şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sammitin ilk günü dünyanın turizm nazirləri və ən qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında dəyirmi masa formatında görüş keçiriləcək.

Eyni zamanda sammit çərçivəsində mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMTÜTT) dəstəyilə keçiriləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq. Bu məqsədlə nazir Ə.Qarayevin BMTÜTT-nin baş katibi Taleb Rifai ilə görüşü və bir sıra digər ikitərəfli görüşlər planlaşdırılır.


Teqlər:



Xəbər lenti