Azərbaycanlı Rusiyanı bir-birinə qatdı

Azərbaycanlı Rusiyanı bir-birinə qatdı
  14 Aprel 2015    Oxunub:2235
Rusiyanın Novokuznetsk şəhər məhkəmə icraçıları dövlətə olan borcun bağlanması üçün yeni üsuldan istifadə ediblər.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, təəsüf ki, bu yeni borc ödətmə üslubu ilk dəfə azərbaycanlıya tətbiq edilib.

Belə ki, adı çəkilməyən Azərbaycan vətəndaşı sərhəddi qanunsuz keçdiyinə görə məhkəmə tərəfindən 20 min rubl cərimələnsə də o, pulu ödəməkdən yayınıb və Rusiyanı tərk edib.

Lakin borclunun ölkədə olmaması, icraçıları məhkəmə tələbinin həyata keçirilməsi yolundan döndərməyib. Onlar yeni icra üsulu fikirləşərək borcluya axtarış elan edərək yerli KİV vasitəsilə və insanların çox toplaşdıqları yerlərdə onun şəkillərini və nə üçün axtarışda olması barədə məlumat yayıblar. İcraçıların bildirdiyinə görə bundan sonra nəticə özünü çox gözlətməyib. Elanlar veriləndən bir neçə gün sonra dövlətə olan borc azərbaycanlının qohumları tərəfindən tam ödənib.

Novokuznetsk şəhərinin rayonlararası xüsusi əhəmiyyətli icra təqibi üzrə məhkəmə icraçısı Eldar Malikov bildirib ki, diaspora qaşısında biabır olmamaq üçün borclu azərbaycanlının qohumları 20 min rublu təcili ödəməkdən başqa vəziyyətdən çıxış yolu görməyiblər. Malikov onu da qeyd edib ki, azərbaycanlının qohumları Rusiyada sahibkarlıqla məşğuldurlar və xoşagəlməz faktların aşkar olması onların iş nüfuzlarına ziyan vura bilərdi.


Teqlər:  





Xəbər lenti