`Azəriqaz` 3 minə yaxın ailəni sevindirdi

`Azəriqaz` 3 minə yaxın ailəni sevindirdi
  14 Aprel 2015    Oxunub:1485
“Azəriqaz” İstehsalat Birliyi 2015-ci ilin birinci rübü ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 131 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 2 min 947 ailə yaşayır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti