Çexiya Bakıda viza mərkəzi açır

Çexiya Bakıda viza mərkəzi açır
  14 Aprel 2015    Oxunub:2037
Çexiyanın Azərbaycandakı səfirliyi viza üçün sənədlərin verilməsi prosesində dəyişikliklərlə bağlı, eyni zamanda, Azərbaycan vətəndaşları və xarici vətəndaşlar üçün xidməti daha da təkmilləşdirmək məqsədilə aprelin 27-də Bakıda Viza Mərkəzi açacaq.
Səfirlikdən AzVision.az-a bildiriblər ki, Viza Mərkəzinin açılması nəticəsində bəzi xoşagəlməz halların qarşısının alınması üçün sənəd qəbulunda dəyişikliklər aparılacaq.

Çexiya Xarici İşlər Nazirliyi tərəfindən keçirilmiş beynəlxalq müsabiqədə qalib gələn VFS. Global şirkəti Viza Mərkəzinə öz xidmətlərini göstərəcək.

Aprelin 6-dan həm Viza Mərkəzinə, həm də Çexiya səfirliyinin konsulluq şöbəsinə qısamüddətli şengen vizasına sənədləri təqdim etmək üçün ilkin qeydiyyat başlanıb. Qeydiyyat bazar ertəsi – cümə günlərində saat 09.00-dan 13.00-dək və 14.00-dan 16.00-dək bu telefon nömrəsi ilə aparılır: +994 12 404 76 38

Aprelin 27-dən başlayaraq sənədlərin qəbulu ancaq qeydiyyata düşənlər üçün mümkün olacaq. Bu tarixdən etibarən qeydiyyata düşməyən şəxslərin sənədləri Çexiya səfirliyinin konsulluq şöbəsində, həmçinin Viza Mərkəzində qəbul edilməyəcək.

Viza Mərkəzi Bakı şəhəri, Xocalı prospekti 37 ünvanında yerləşir (Demirchi Tower, 2-ci mərtəbə).

Viza mərkəzinin rəsmi saytı: http//www.vfsglobal.com/czechrepublic/Azerbaijan

Mərkəzin rəsmi elektron ünvanı: [email protected]

Sənədlərin qəbulu bazar ertəsi-cümə günləri saat 09.00-dan 16.00-dək keçiriləcək. Pasportların verilməsi bazar ertəsi-cümə günləri saat 11.00-dan 17.00-dək keçiriləcək (Nahar fasiləsi: saat 13.00-dan 14.00-dək).

Viza Mərkəzi yalnız qısamüddətli şengen vizasına sənədləri qəbul edəcək. Uzunmüddətli viza üçün sənədlərin qəbulu və əlavə xidmətlər əvvəllər olduğu kimi, yalnız Çexiya səfirliyinin konsulluq şöbəsində həyata keçiriləcək.

Yeni qaydalar və sənədlərin qəbulu ilə bağlı bütün məlumatları bu telefon nömrəsi vasitəsilə əldə etmək olar: +994 12 404 76 38

AzVision.az


Teqlər:



Xəbər lenti