Prokurorluq əməkdaşları Xorvatiyada
Səfər cərçivəsində Xorvatiyanın Baş prokuroru Dinco Svitan, USKOK-un rəisi Tamara Laptos, eləcə də Ədliyyə Nazirliyinin, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Milli Polis Mərkəzinin məsul əməkdaşları ilə görüşlər keçirilib.
Tədbirlərdə Ə.Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyini, bu sahədə respublikanın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyini, həmçinin korrupsiyaya qarşı qətiyyətli və səmərəli mübarizədə ölkəmizin öz müsbət təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Azərbaycan nümayəndə heyəti “USKOK-un strukturu və iş metodları barədə”, “Şikayətçilərin qorunması və yeni antikorrupsiya strategiyası” və “Xüsusi dəlillərin toplanmasında polisin fəaliyyəti” mövzusunda keçirilmiş konfranslarda fəal iştirak edib, mövzular ətrafında səmərəli fikir mübadiləsi aparıblar.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


