“Ermənilərdən də betərdirlər...” - Spikerin cavabı
“Lakin qeyd edim ki, Azərbaycanda hər zaman korrupsiyaya qarşı mübarizə aparılıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ilk gəlişindən bu günə kimi bu proses davam edir. Azərbaycan az-az ölkələrdəndir ki, burada Baş Prokurorluq yanında Korrupsiya komissiyası fəaliyyət göstərir və burada müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edir. Dünyanın hər yerində bu bəla var. Təəssüf ki, bəzi qurumlar Azərbaycanda beynəlxalq tədbirlərin yaxınlaşması ilə əlaqədar ölkənin adını hallandırmağa daha çox üstünlük verirlər”.
Deputatın sözlərinə görə, Azərbaycan xalqının, dövlətçiliyinin əleyhinə işləyən siyasi partiyalar, qeyri-hökumət təşkilatları var ki, ölkəmizə ləkə yaxmağa çalışırlar.
“Onlar da həmin qüvvələrin sifarişi əsasında bu gün Azərbaycanda aksiyalara çağırma, ayrı-ayrı müraciətlər qəbul etmə, hətta partiya səviyyəsində bəyanatlar elan edirlər ki, Azərbaycandakı oyunlarda iştirak etməsinlər. Bütün bunlar onun göstəricisidir ki, onlar eyni mənbədən, erməni lobbisinin maliyyəsi hesabına bu addımları atırlar. Milli Məclisdə bu məsələyə ciddi münasibətimizi bildirməliyik. Bu cür antimilli insanların fəaliyyətinə qiymət verməliyik”.
Spiker Oqtay Əsədov isə S. Novruzova belə cavab verib. “Ermənilər özləri bu idman oyununda iştirak edəcəklər. İndi ehtiyac varmı bunun müzakirəsinə?.. Bu, millət üçün bəllidir. Yarışa qarşı çıxanlar ermənilərdən də betərdir”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


