TQDK sədri ilə görüşmək istəyənlərin nəzərinə

TQDK sədri ilə görüşmək istəyənlərin nəzərinə
  14 Aprel 2015    Oxunub:1545
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Qəbələ şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Şəki rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
TQDK-dan AzVision.az-a bildirilib ki, qəbul aprelin 24-də saat 12:00-da Qəbələ şəhər mədəniyyət mərkəzində (28 may küçəsi 40, H.Əliyev parkının yaxınlığında) təşkil olunacaq.

Qəbula gəlmək istəyənlər Komissiyanın internet saytına (https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/sedrinqebulu/) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilər və ya TQDK-nın Şəki Regional Bölməsinə (əlaqə tel: (024) 244 66 14 ), o cümlədən Qəbələ, İsmayıllı, Şamaxı və Şəki rayon təhsil şöbələrinin rəhbərliyinə müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Səhifənin qisa keçidi: https://azvision.az/redirect.php?url=http://www.tqdk.gov.az/~GTGTD

AzVision.az


Teqlər:  



Xəbər lenti