Nazirlik `Bakı-2015` üçün maşınlar aldı

Nazirlik `Bakı-2015` üçün maşınlar aldı
  14 Aprel 2015    Oxunub:1391
“Bakı 2015” I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən mobil sistemlər üçün xüsusi təchiz edilmiş 5 avtomobil alınıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, oyunlar ərəfəsində nazirlik üzərinə düşən vəzifələrdən biri də radiotezliklərin müdafiəsinin təşkilidir.

Yeni alınmış avtomobillər oyunlar zamanı radiotezliklərin radiomonitorinqi və yer təyini üçün istifadə olunacaq.

Yeni alınmış “ATLAS 40G-S” mobil radiomonitorinq stansiyalarının texniki xarakteristikalarına gəlincə, buraya radiosiqnalların aşkar edilməsi (20 MHs-40 GHs); radiosiqnalın yerinin təyin edilməsi (pelenqasiya) (30 MHs-6 GHs); radiosiqnalın istiqamətinin təyin edilməsi (20 MHs-40 GHs); analizatorun tipi (ROHDE & SCHWARZ FSV40); stansiyanın yerləşdiyi avtomaşının tipi (Ford Transit); müşahidə edilən siqnalların polyarizasiyası (Horizontal,Vertikal) daxildir.


Teqlər:





Xəbər lenti