Bakıda yol çökdü

Bakıda yol çökdü
  14 Aprel 2015    Oxunub:1724
Paytaxtın Nizami rayonunda yolun çökməsi maşınların hərəkətinə mane oldu.
AzVision.az ANS TV-ə istinadən xəbər verir ki əvvəl Nizami rayon Yavər Əliyev küçəsinin bir hissəsi çöküb. 3 gün bundan əvvəl isə yolun digər hissəsi çöküb. Heç bir tədbir görülmədiyindən maşınların hərəkətində müəyyən mane yaranıb. Sakinlər deyir ki, axşam düşəndə isə yol daha da təhlükəli olur. Qaranlıq olduğundan maşınlar quyuya düşür. Yaxınlıqda yerləşən obyekt sahibləri isə maşınların çökəyə düşməməsi üçün həmin yerə iri daşlar qoyublar. Gecə vaxtı isə bunu görə bilməyib bura duşən maşınlar da az olmayıb.

Şikayətçi Elçin Abdullayev deyir ki, hara müraciət etsələr də amma hələ də bir xeyri olmayıb.

Digər şikayətçi Rüfət Babayev isə bildirib ki, 3 aydır ki, yol bu vəziyyətdir. Burada çoxlu qəza olmasına baxamayaraq yolla maraqlanan yoxdur.

"Azəryolservis" ASC-dən isə bildirdilər ki, məsələ araşdrılacaq və müəyyən tədbir görüləcək.


Teqlər:





Xəbər lenti