Sürücülərə bəd xəbər - bu yol bağlanır

Sürücülərə bəd xəbər - bu yol bağlanır
  14 Aprel 2015    Oxunub:1450
Paytaxtın Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində təmir işlərinə başlanılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki,
Sovet dövründə keçmiş normativlər və texnologiyalar əsasında inşa edilən küçədə drenaj sistemi olmadığı üçün yağış suları yol örtüyünün səthində yığılırdı. Bu da yol örtüyünün deformasiyasına və dağılmasına səbəb olub. Odur ki, aprelin 14-dən etibarən həmin yolda təmir işlərinə başlanılıb.

İki gediş, iki gəlişdən ibarət olacaq küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti