`Metropark`dakı zəhərlənmənin səbəbi açıqlandı

`Metropark`dakı zəhərlənmənin səbəbi açıqlandı
  15 Aprel 2015    Oxunub:3289
Nərimanov rayonunda yerləşən “MetroPark” Ticarət Mərkəzinin rəhbərliyi kütləvi zəhərlənmə təhlükəsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə report-a ticarət mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin meneceri Anar Zeynalov məlumat verib. A.Zeynalov bildirib ki, bir neçə gün öncə ticarət mərkəzində baş verən zəhərlənmə hadisəsi qaz sızması ilə bağlı olmayıb: “Buna səbəb yaxınlıqdakı yaşayış binasının qazanxanası olub. Həmin qazanxananın yeri düzgün nizamlanmayıb, qazanxana işə salınarkən “MetroPark” üçün təhlükə yaradır”.

A.Zeynalov qeyd edib ki, aprelin 12-də “MetroPark”da baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, aprelin 12-də “MetroPark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib. Hadisə yerində 30 nəfərə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.


Teqlər:  





Xəbər lenti