İlham Əliyevdən daha bir sərəncam

İlham Əliyevdən daha bir sərəncam
  15 Aprel 2015    Oxunub:2516
Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərinin Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, 13 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti