Bakının istiliyi vaxtından tez kəsildi

Bakının istiliyi vaxtından tez kəsildi
  15 Aprel 2015    Oxunub:2086
Bu gündən başlayaraq Bakının bəzi yerlərində “Azəristiliktəchizat”ASC tərəfindən mənzillərə verilən istilik kəsilib. İstilik təchizatının aprelin 15-də dayandırılması nəzərdə tutulsa da nədənsə “Azəristiliktəchizat” bir gün qabaqcadan bu addımı atmağa başlayıb.
Sakinlərin sözlərinə görə, bu gün günorta saatlarından etibarən paytaxın Suraxanı rayonunda ixtilik təchizatı dayandırılıb. Havaların hələ istilənmədiyini deyən sakinlər ASC-nin bu addımına etirazlarını bildiriblər.

“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev AzVision.az-a bildirib ki, orta sutkalıq temperatur 8 dərəcədən aşağı olduğu halda istiliyin verilməsi davam etdirilə bilər.

İstiliyin dayandırılması isə prosedura əsasən həyata keçirilir. Belə ki, ölkəmizdə istilik sistemi ilə təchizat beş ay nəzərdə tutulub: noyabrın 15-dən aprelin 15-nə qədər.

Anar


Teqlər:





Xəbər lenti