Oğru qardaşlar tutuldu - VİDEO

Oğru qardaşlar tutuldu - VİDEO
  15 Aprel 2015    Oxunub:1418
Şirvanda iki qardaş 6 mağazadan silsilə oğurluqlar edib.
AzVision.az xəbər verir ki, şəhər polis şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad rayonunun Nəsimi kənd sakinləri - 1993-cü il təvəllüdlü Məhəmməd Sadıqlı və onun 1989-cu il təvəllüdlü qardaşı, əvvəllər dəfələrlə məhkum olunmuş Ruşan Sadıqov qabaqcadan əlbir olaraq Şirvan şəhərində yerləşən 6 mağazadan oğurluq etməklə cinayət əməli törədib.

Adı çəkilən şəxslər bu ilin yanvar ayından Şirvan şəhərində yerləşən mağazalardan ümumi dəyəri 10 min manata qədər olan müxtəlif növ ərzaq məhsulları, elektron avadanlıqlar və nəğd pul oğurlayaraq vətəndaşlara sahibkarlara külli miqdarda maddi ziyan vurub. Hər iki qardaş barəsində Şirvan şəhər məhkəməsinin qərarı ilə iki aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar barəsində Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb.




Teqlər:  





Xəbər lenti