Bu gün yaz havası olacaq

Bu gün yaz havası olacaq
  15 Aprel 2015    Oxunub:1069
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 14-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 15-də Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 16-da gündüz küləyin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.



Teqlər:





Xəbər lenti