4 özəl klinikanın fəaliyyəti dayandırıldı
Eyni zamanda, xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə məşğul olan və ya mövcud lisenziyanın əlavəsində göstərilənlərdən kənar işlər həyata keçirdiyinə görə 10 özəl tibb müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh növü kimi cərimə tətbiq edilib (ümumilikdə 155 000 manat məbləğində).
Özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərə həyata keçirmək hüququ verilmiş işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən (https://azvision.az/redirect.php?url=http://sehiyye.gov.az/sehiyyede_ozel_sektor.html) əldə etmək mümkündür.
Xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyinizi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağınızı tövsiyə edirik.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


