Sədr pensiyaçılarla görüşəcək

Sədr pensiyaçılarla görüşəcək
  15 Aprel 2015    Oxunub:1601
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev vətəndaşlarla görüşəcək.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, 24 aprel 2015-ci il tarixində, saat 11:00-da Gəncə Aqrar Universitetinin inzibati binasında qəbul keçiriləcək.

Görüşdə Gəncə şəhərinin, Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Gəncə şəhər Nizami rayon şöbəsində (02226) 4-42-07
Gəncə şəhər Kəpəz rayon şöbəsində (02225) 5-12-22
Samux rayon şöbəsində (02227) 5-10-75
Göygöl rayon şöbəsində (02220) 5-23-77
Daşkəsən rayon şöbəsində (02221) 5-52-42
Kəlbəcər rayon şöbəsində (02225) 7-23-87


Qəbulda iştirak edəcək vətəndaşların aprelin 24-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.


Teqlər:





Xəbər lenti