3 nəfəri gülləyən şəxs qızları qaçıran oğlan imiş - YENİLƏNİB

3 nəfəri gülləyən şəxs qızları qaçıran oğlan imiş - YENİLƏNİB
  15 Aprel 2015    Oxunub:3805
Salyan rayonunda dünən baş verən olayın təfərrüatları məlum olub.
AzVision.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 21 yaşlı Rəşad Məmmədov üzərində gəzdirdiyi "TOZ-8" markalı tüfənglə həmkəndliləri Xədicə Didarovanı və onun qızı, 17 yaşlı Baharı, 15 yaşlı oğlu Xanqulunu güllələyib və hadisə yerindən uzaqlaşıb.

Yaralılar dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub

Zərərçəkənlərin yaxınlarının dediyinə görə, Rəşad Məmmədov Bahar Didarovla bir-birini sevirmiş. Bir-iki ay bundan qabaq oğlan qızı qaçırıb. Lakin ailə daxilində yaranan münaqişə nəticəsində qız ata evinə qayıdıb.

Bundan qəzəblənən oğlan isə hər üçünü güllələyib. Polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində Rəşad Məmmədov şübhəli şəxs qismində saxlanılıb və "TOZ-8" markalı tüfəng maddi sübut kimi götürülərək şöbəyə gətirilib.

Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***
15.04

Münaqişə zəminində tüfəngdən atəş açaraq 3 nəfərə xəsarət yetirmiş R.Məmmədov tutulub.

AzVision.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Salyan rayonunun Yenikənd kəndində kənd sakini Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub, hadisə törədilərkən istifadə edilmiş müvafiq sənədi olmayan “TOZ-8” markalı tüfəng götürülüb.


Teqlər:  





Xəbər lenti