“Papa çox böyük səhvə yol verib”

“Papa çox böyük səhvə yol verib”
  15 Aprel 2015    Oxunub:1760
Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi (TürkPA) Jandos Asanov 1915-ci il hadisələri ilə əlaqədar Roma Papasının yanlış mövqe tutduğunu deyib.
AzVision.az-ın məlumatına görə, TürkPA-nın baş katibi Bakıda keçirdiyi hesabat xarakterli mətbuat konfransında deyib ki, Papa belə bir çıxışla çox böyük yanlışlığa yol verib. “Beynəlxalq nüfuza malik liderlər gərginliyin artmasına səbəb olan şərhlər verməkdən çəkinməlidirlər və ehtiyatlı olmalıdırlar”.

J. Asanov qeyd edib ki, 1915-ci ildə baş vermiş hadisələr tarixçilər tərəfindən araşdırılmalıdır və bu hadisə müasir dövrdə siyasi bazarlıq mövzusu olmamalıdır: “Müxtəlif siyasətçilər bu barədə müxtəlif sözlər deyə bilərlər. Amma bu, siyasətçilərin yox, tarixçilərin işidir”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti